Biz qul deyilik!
    • 29-03-2025, 00:32
    • 590

Biz qul deyilik!


Bu gün Qaqauziyanın başqanını dəmir barmaqlıqlar arxasına atdılar. Sabah fərqli düşünməyə cəsarət edən hər kəs üçün gələcəklər. Bu, muxtariyyəti boğmaq üçün açıq cəhddir, bu, bir işarədir: “Biz ağayıq, siz isə tabe olansınız”. Amma Qaqauziya tabe olmayacaq. Biz qul deyilik.

News24.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri Qaqauziya muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul Teleqram hesabında həbsinə cavab olaraq yazıb.

O bildirib ki, məhkəmənin bu qərarının arxasında Moldova parlamenti və hökuməti dayanır:

“Bu gün baş verənlər ədalət deyil, bu, qisasdır: açıq-aydın, həyasız və amansız. Məhkəmənin Qaqauziyanın başqanı Yevgeniya Qutsulun 20 sutka həbsdə qalması ilə bağlı qərarı təkcə hüquqi absurd deyil, həm də insani qəddarlıqdır. Ən kiçiyi cəmi iki yaşında olan iki azyaşlı uşaq anası siyasi motivlə həbs olunur. Mənim yeganə günahım xalqımın maraqlarını müdafiə etmək üçün cəsarət göstərməyim və hakim partiyanın diktəsinə boyun əyməməyimdir. Bu, muxtariyyəti boğmaq üçün açıq cəhddir. Amma Qaqauziya tabe olmayacaq. Qutsul tək deyil, onun arxasında bütün Qaqauziya xalqı dayanır".

Qeyd edək ki, Qutsul bu gün 20 sutkalıq həbs olunub.