
-
- 29-03-2025, 21:42
- 1 519
Təbii fəlakətlərlə bağlı proqnoz: 4, 12 və 18 apreldə…
“Martın 29-dan aprelin 14-nə qədər zəlzələ, vulkan və sunami kimi təbii fəlakətlərin aktiv olacağı qaçılmaz kimi görünür”.
News24.az bizim.media-ya istinadla xəbər verir ki, bu proqnozla ekstrasens, kliniki psixoloq Zirəddin Rzayev Teleqram kanalında paylaşım edib.
O, aprel ayında təbii fəlakətlərin baş verəcəyi tarixləri açıqlayıb:
“Aprelin 4-ü, 12-si və 18-i isə xüsusi tarixlərdir. Sunami ehtimalı olduğu üçün güman edirəm ki, bu, okeanətrafı coğrafiyada baş
verəcək”.