Yaşlı qadın parçalanmış cəsədi ərzaq arabasında daşıdı - DƏHŞƏTLİ QƏTL
    • 30-03-2025, 00:58
    • 1 015

Yaşlı qadın parçalanmış cəsədi ərzaq arabasında daşıdı - DƏHŞƏTLİ QƏTL


Sankt-Peterburqda yerli polis zabiti Zaqorodnıy prospektindəki binanın enişində arabada parçalanmış insanın bədəninin hissələrini daşıyan şəxsi saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin şəhər şöbəsi özünün "Telegram" kanalında məlumat yayıb.

İdarədən verilən məlumata görə, 78 yaşlı təqaüdçü saxlanılıb. Onun həmin binadakı mənzilində də qadının qalıqları tapılıb. Hazırda orada müstəntiqlər və kriminalistlər işləyir.

İstintaq Komitəsi Cinayət Məcəlləsinin “Qətl” maddəsi ilə iş açıb.