Sabirabadda 10 gündə 3 körpə ölüb - ARAŞDIRMA

Sabirabadda 10 gündə 3 körpə ölüb - ARAŞDIRMA Hadisə

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan üç körpənin ölümü baş verib.

News24.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən Teleqraf-ın sorğusuna cavab olaraq hadisələrlə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparıldığı bildirilib.

Qeyd edək ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində yeni doğulan üç körpə ölümü son 10 gün ərzində olub.