Dörd kənddə yanğın baş verdi

Dörd kənddə yanğın baş verdi Hadisə

Xaçmaz rayonunun dörd kəndində yanğın baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, yanğın rayonun Xaspoladoba, Qalağan, Canaxır kəndlərində, həmçinin İstisu qəsəbəsində kol-kos və qamışlıq ərazilərdə baş verib.

Ərazilərə FHN-nin Xaçmazla yanaşı Quba və Şabran rayonlarının yanğından mühafizə briqadalarının texnikaları və canlı qüvvələri cəlb olunub.

Yanğın ocaqlarının söndürülməsi istiqamətində işlərə davam etdirilir.