Sürücülərin nəzərinə - Bu yolda dəyişiklik edildi
    • 10-08-2018, 22:00
    • 750

Sürücülərin nəzərinə - Bu yolda dəyişiklik edildi

Nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Xətai prospekti ilə F.Bayramov küçəsinin kəsişməsində yolötürücüsünün altında geridönmə təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, bununla da, şəhər mərkəzindən Ş.İsmayıl Xətai prospekti ilə gələn nəqliyyat vasitələrinin, o cümlədən, 11 və 199 nömrəli müntəzəm marşrut xətt avtobuslarının Əhməd bəy Ağaoğlu küçəsinə rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin edilib.