Azərbaycanda 5 dostdan İNANILMAZ HƏRƏKƏT – Hərəsi 1 avtomobil qaçırıb görüşdülər
    • 5-08-2019, 16:04
    • 635

Azərbaycanda 5 dostdan İNANILMAZ HƏRƏKƏT – Hərəsi 1 avtomobil qaçırıb görüşdülər

Quba rayonunda eyni vaxtda 5 avtomobil qaçırmış 5 dosta cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Quba Rayon Polis Şöbəsində Taleh Atakişiyev, Tural Əliyev, Orxan Bədəlov, Mahir Məmmədov və Mirəli Sadıqov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1-ci, yəni, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə iş açılıb.

Onlar eyni vaxtda 5 nəfərin maşınını qaçıraraq Quba yaxınlığındakı yerdə görüşüblər və əyləniblər.

Avtomobil sahiblərinin polisə müraciətindən sonra nəqliyyat vasitələrini qaçıran şəxslər müəyyənlşdirilib. Avtomobillər sahiblərinə qaytarılıb, 5 nəfər isə istintaqa təhvil verilib.