
-
- 1-04-2025, 17:50
- 382
Daha bir motosiklet QƏZASI - Sürücü xəstəxanalıq oldu
Gəncədə xəsarətlə nəticələn yol nəqliyyat hadisəsi qeydə alınıb.
News24.az Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə Gülüstan qəsəbəsində baş verib.
1992-ci il təvəllüldü E.Hacıyev idarə etdiyi motosikletlə yoldan çıxaraq nəqliyyat vasitəsini aşırıb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Gəncədə xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.