
-
- 2-04-2025, 07:38
- 370
Valeh Məhərrəmli vəfat etdi
Azərbaycanın əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat edib.
Bu barədə Mətbuat Şurasından məlumat verilib.
Bildirilib ki, o, bu gün uzun sürən xəstəlikdən sonra 73 yaşında yaşadığı mənzildə dünyasını dəyişib.
Qeyd edək ki, Valeh Məhərrəmli 1952-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1991-ci ildən “Səs” qəzetində tərcüməçi, müxbir, məsul katib və baş redaktorun müavini kimi məsul vəzifələrdə çalışıb.
“Tərəqqi” medalına və “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.