ABŞ bu ölkədə hərbi gücünü artıracaq
    • 2-04-2025, 15:24
    • 233

ABŞ bu ölkədə hərbi gücünü artıracaq

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranla gərginliyin davam etdiyi bir vaxtda Yaxın Şərqə əlavə hərbi vəsaitlərin yerləşdiriləcəyini açıqlayıb.

News24.az xəbər verir ki, Pentaqonun sözçüsü Sean Parnell, Yaxın Şərqdə "sabitliyi təşviq etmək, aqressiv davranışların qarşısını almaq və sərbəst ticarət axınını qorumaq" üçün hərəkətə keçdiklərini açıqlayıb.

O bölgəyə əlavə döyüş təyyarələrinin yerləşdiriləcəyini, beləliklə də ABŞ-ın hava hücumundan müdafiə qabiliyyətini artıracağını bildirib.


Günel Məlikzadə