Məşhur blogerə xərçəng diaqnozu QOYULDU
    • 2-04-2025, 18:09
    • 462

Məşhur blogerə xərçəng diaqnozu QOYULDU

Məşhur amerikalı bloger və musiqiçi Albert Çanq sümük iliyi xərçəngindən müalicə olunduğunu açıqlayıb.

News24.az xəbər verir ki, o, özünün İnstaqram səhifəsində diaqnoz barədə danışıb.

Çanq yazıb: "Mənə bu yay nadir sümük iliyi xərçəngi diaqnozu qoyuldu və həyatım son səkkiz ayda alt-üst oldu". Blogerin sözlərinə görə, o, kimyaterapiyadan keçib və kök hüceyrə transplantasiyasına hazırlaşır.

Çanq qeyd edib ki, onun vəziyyəti hazırda stabildir. O, həmçinin müalicəsi zamanı göstərdikləri dəstəyə görə dostlarına və ailəsinə təşəkkür edib və xərçəngi həyatı dəyişdirən təcrübə adlandırıb.

Aqil Qarayev