
-
- 3-04-2025, 09:49
- 245
Aybüke Pusatın sevgilisi də UZAQLAŞDIRILDI
TRT1-in "Təşkilat" serialının baş rol ifaçısı Aybüke Pusat CHP-nin başlatdığı boykot çağırışına dəstək verdiyi üçün işindən qovulub.
News24.az xəbər verir ki, 6 illik sevgilisi Furkan Andıç "Səninləyəm canım" paylaşımı ilə Pusatı dəstəkləyib.
Bu paylaşımdan sonra Furkan Andıç TRT Tabi-nin "Muhabir" serialından uzaqlaşdırılıb.
Onu da qeyd edək ki, Aybüke Pusatı və boykot çağırışlarını dəstəkləyən aktyor Boran Kuzumun TRT platforması Tabidə yayımlanan "Bir Ruh Macerası" serialının heyətindən uzaqlaşdırıldığı da öyrənilib.
Günel Məlikzadə
