Azərbaycanda məktəblilər arasında DAVA: Bıçaqlanan var
    • 3-04-2025, 11:32
    • 1 318

Azərbaycanda məktəblilər arasında DAVA: Bıçaqlanan var

Zaqatalada bıçaqlanma olub.

News24.az Lent.az-a istinadla xəbər verir ki, hadisə aprelin 2-də axşam rayonun Əliabad qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2008-ci il təvəllüdlü N.Z. ilə 2009-cu il təvəllüdlü K.Q. arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib.

Mübahisə zamanı N.Z. bıçaqla K.Q-yə xəsarət yetirib.

Xəsarət alan şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, hər iki yeniyetmə məktəbli olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.