Ağdərədə insan sümükləri tapıldı
    • 3-04-2025, 12:00
    • 281

Ağdərədə insan sümükləri tapıldı

Ağdərə rayonunun Baş Güney kəndində insana məxsus olduğu ehtimal edilən skelet fraqmentlərindən biri götürülüb. 

Bu barədə "Report"a açıqlamasında şəhid Qurban Göyüşovun qardaşı Zahir Göyüşov məlumat verilib. 

Onun sözlərinə görə, qalıqları kənd sakinləri aşkarlayıb, daha sonra aidiyyəti qurumlar bu barədə məlumatlandırılıb: 

"Ötən gün mənim də iştirakımla qardaşıma aid edildiyi ehtimal edilən qalıqlar prokurorluq tərəfindən götürüldü və ekspertizaya təhvil verildi".