75 nəfərin zəhərləndiyi toy mərasimi ilə bağlı AQTA-da araşdırmalar başlandı
    • 6-08-2019, 09:35
    • 1 085

75 nəfərin zəhərləndiyi toy mərasimi ilə bağlı AQTA-da araşdırmalar başlandı

Qəbələdə kütləvi zəhərlənmə ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) araşdırmalara başlanıb. 

AQTA-dan News24.az-a verilən məlumata görə, hazırda daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərindən ibarət işçi qrupu araşdırmalara başlayıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra Mərkəzi Rayon xəstəxanasına və Diaqnostika mərkəzinə müraciət edənlərin sayı 75 nəfər olub. Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, müraciət edənlərdən 16 sı qadın, 7 -si uşaq, qalanları kişilərdi. Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzə Rayon Xəstəxanasında lazımı yardım edilib. Gecə saat iki üçün xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4-ü buraxılıb. Hal hazırda xəstəxanada 2 nəfər qalıb. 

Afaq Mirayiq