Gərginlik artır – Daha bir qonşu ölkədən Azərbaycana hücum olacaq?
    • 4-04-2025, 06:24
    • 428

Gərginlik artır – Daha bir qonşu ölkədən Azərbaycana hücum olacaq?

Xəbər verdiyimiz kimi ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə ölkənin bombalanacağı barədə xəbərdarlıq edib. İranda daxili və xarici gərginliyi artır. Artıq müharibə anonsları, İran rejminin dəyişdirilməsi ilə bağlı iddialar səsləndirilməkdədir. Sözügedən ehtimalların reallaşması halı isə qonşu ölkələr üçün müəyyən risklər yaradır. Bu proseslər həm siyasi, həm də iqtisadi sahələrdə fərqli perspektivlər açmaqla yanaşı, xüsusilə Güney Azərbaycan məsələsinin yenidən gündəmə gəlməsinə səbəb olur.

İranın vurulması və rejim dəyişikliyi Azərbaycan üçün hansı perspektiv və problemlər vəd edir?

News24.az Globalinfo.az-a istinadən danışan politoloq Əlimusa İbrahimov deyib ki, ABŞ və İsrailin İranı nüvə obyektlərinə zərbələr endirməsi ehtimalı hər keçən gün daha da ciddiləşir:

“Yaxın Şərqdə geniş həcmli müharibə ehtimalı region dövlətlərinin hamısını ciddi narahat edir. Azərbaycan da İranın ən yaxın qonşuluğunda yerləşən bir ölkə kimi bu hadisənin baş verməsi ehtimalından çox narahatdır. Çünki İranın bombalanması , mümkün rejim dəyişikliyi ilə yanaşı, həm təhlükəsizlik, həm də geosiyasi dəyişikliklər baxımından Azərbaycana dərin təsirlər göstərəcək. Bu təsirlərin nədən ibarət olacağını nəzərdən keçirək:

İranla olası müharibə halında Azərbaycan bir sıra problemlərlə rastlaşa bilər.

Birincisi, təhlükəsizlik problemi və sərhəddə qeyri-sabitlik. İrana birbaşa hücum sərhədlərin sabitliyinin pozulmasına, qaçqın axınına və Azərbaycanın cənub bölgələrində potensial təhlükəsizlik təhdidlərinin güclənməsinə səbəb ola bilər.

İran radikal şiə qruplarına dəstəyi artırmaqla və ya daxili iğtişaşları qızışdırmaqla Azərbaycanda gərginliyi artırmağa cəhd edə bilər.

İkincisi, iqtisadi xaosdur. Azərbaycanın İranla xüsusilə enerji və tranzit sektorlarında ticarət əlaqələri var. Sanksiyalar və ya müharibənin səbəb olduğu pozuntular bu münasibətlərin davam etməsinə mənfi təsir göstərə bilər.

Münaqişə baş verərsə, Avropanı təmin edən Cənub Qaz Dəhlizi risk altında düşə bilər.

Üçüncüsü, İranın Azərbaycana qarşı hərbi əməliyyatları başlaya bilər. İran Azərbaycanın İsrail və ABŞ ilə yaxın münasibətlərini əsas götürərərk Qarabağa erməni iddialarını dəstəkləməklə və ya diplomatik yolla Bakıya təzyiq etməklə cavab verə bilər. Azərbaycana qarşı İran tərəfindən kiberhücumlar, hibrid müharibəsi və ya proksi münaqişələr arta bilər.