Bu silahlar müharibənin gedişatını dəyişə bilər - Rus general
    • 3-04-2025, 23:48
    • 364

Bu silahlar müharibənin gedişatını dəyişə bilər - Rus general


Rusiyada hazırlanmış lazer silahı Ukrayna münaqişəsinin gedişatını dəyişə bilər.

News24.az Teleqraf-a istinadən xəbər verir ki, bu fikirləri aviasiya general-mayoru Sergey Lipovoy deyib.

“Bu silahın uğurla sınaqdan keçirilməsi bir daha təsdiqləyir ki, bizim silah dizaynerlərimiz və silah-müdafiə kompleksimiz hərbi əməliyyatların gedişatını kökündən dəyişdirə biləcək uğura imza atıblar”, - deyə general vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələri Rusiyanın müharibədə lazer silahından istifadə etdiyini açıqlamışdı.