
-
- 4-04-2025, 09:39
- 324
Tramp Türk həkimi kritik vəzifəyə TƏYİN ETDİ
ABŞ Senatı Prezident Donald Tramp tərəfindən "Medicare və Medicaid Services (CMS) Mərkəzlərinin" direktoru vəzifəsinə namizədliyi irəli sürülən türkiyəli ürək cərrahı Mehmet Özü təsdiqləyib.
News24.az xəbər verir ki, Senatda keçirilən səsvermədə 53 “hə” əleyhinə 45 “xeyr” səsi alan Öz beləliklə, CMS Direktoru vəzifəsinə təyin edilib.
Ölkədə yaşlı və aztəminatlı qruplara səhiyyə xidməti göstərən ən yüksək qurumları idarə edəcək Öz bu vəzifəyə təyin olunan ilk türkdür.
Onu da qeyd edək ki, CMS, 160 milyon amerikalının illik xərclərinin 1 trilyon dollardan çoxunu əhatə edən tibbi sığortanın fəaliyyətinə nəzarət edir.
Günel Məlikzadə