Milli idmançı məhkəməlik OLDU
    • 4-04-2025, 10:07
    • 273

Milli idmançı məhkəməlik OLDU

Keçmiş Türkiyə çempionu və idman məşqçisi Ayşegül Dəmirsoy ev sahibini məhkəməyə verib.

News24.az Hürriyət-ə istinadən xəbər verir ki, Dəmirsoy Ataşehirdəki evində ev sahibi ilə üzbəüz mənzillərdə yaşayırdı. 

İddiaya görə, ev sahibi Bülent A. telefon zəngləri və mesajlarla Dəmirsoyu narahat etməyə başlayıb.

Narahat olan Dəmirsoy ev sahibinin telefon nömrəsini bloklayıb. Ev sahibi israrla məşhur idmançının arxasınca düşüb, təhqir və təhdidlər edib.

Nəticədə keçmiş milli idmançı ev sahibini məhkəməyə verib. Prokurorluq iki ay müddətinə uzaqlaşdırma qərar çıxarsa da, ev sahibi ittihamları rədd edib.

Günel Məlikzadə