Gürcüstanda azərbaycanlıya 12 il həbs cəzası verildi
    • 4-04-2025, 11:52
    • 313

Gürcüstanda azərbaycanlıya 12 il həbs cəzası verildi

Gürcüstanın Rustavi Şəhər Məhkəməsi qəsdən adam öldürməkdə təqsirli bilinən azərbaycanlını 12 il müddətinə azadlıqdan məhrum edib.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.

Məhkəmə prosesində təqdim olunan sübutlarla təsdiq edilib ki, 2024-cü il noyabrın 18-də Marneulidə təqsirləndirilən şəxs qisas məqsədilə zərərçəkmişə kəsici-deşici alətlə ağır xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Zərərçəkmiş xəstəxanaya çatdırılana qədər ölüb.

Qətldə təqsirləndirilən şəxs 2024-cü il noyabrın 19-da həbs edilib. O, qəsdən adam öldürmədə ittiham edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, qətlə yetirilən şəxs də azərbaycanlıdır. 1988-ci il təvəllüdlü Rasim Qubanov Marneulinin Keşəli kəndinin sakini olub.