
-
- 5-04-2025, 00:12
- 431
Mayora hücum edən kikboksçuların həbs müddəti uzadıldı
Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum ittihamı ilə həbs edilən kikboksçuların həbs müddəti uzadılıb.
News24.az “Qafqazinfo”-ya istinadən əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsi belə qərar çıxarıb. Qərara əsasən, Elçin Hüseynov, Elnur Həmidov və Musa Əhmədovun həbs müddəti 1 ay daha uzadılıb.
Zərərçəkmiş Fuad Zeynalov saytımıza açıqlamasında idmançılarla barışıq əldə edildiyini, onları bağışladığını deyib.
Yaxında iş üzrə ilkin istintaqın tamamlanacağı gözlənilir.
Qeyd edək ki, təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
