59 yaşlı sevgilisi 25 yaşlı qadını ÖLDÜRDÜ
    • 4-04-2025, 15:14
    • 349

59 yaşlı sevgilisi 25 yaşlı qadını ÖLDÜRDÜ

Braziliyanın cənubundakı İtapema şəhərində baş verən qətl hadisəsinin təfərrüatları üzə çıxıb. 

News24.az xəbər verir ki, 25 yaşlı Eduarda Qorgik və onun sevgilisi 59 yaşlı Serjio Korrea öz mənzillərində ölü tapılıb.

Kamera görüntülərinə görə, cütlük evlərinə daxil olublar. Təxminən bir saat sonra qadın mənzilin dəhlizinə çıxıb, iki mobil telefonunu yanğınsöndürən qutuda gizlədib və mənzilinə qayıdıb.

Qeyd edək ki, mənzilindən heç bir atəş və ya mübahisə səsi eşidilməyib. Eyni zamanda, telefonların niyə gizlədildiyi istintaqın əsas məqamlarından biridir.

Günel Məlikzadə