
-
- 4-04-2025, 20:50
- 283
Məşhur reperin oğlu HƏBS EDİLDİ
Reper MC Arnold Devidin oğlu dələduzluğa görə həbs edilib
News24.az xəbər verir ki, bu barədə “Mash on Moike” Telegram kanalı məlumat yayıb. İddialara görə, Hərbi Kosmik Akademiyasının 90 yaşlı dosenti polisə müraciət edib. O bildirib ki, naməlum şəxslər müəllimi telefonla razı salıblar ki, təhlükəsizliyi üçün hesabında 500 min rubl olan bank kartını təhvil versin. Bununla da, o dələduzların qurbanı olub.
Qeyd edək ki, kart dosentin Ordinarnayadakı evində təhvil verilib.
İstintaqın məlumatına görə, dələduzluqda reper MC Arnoldun oğlu 19 yaşlı David Obambi-Dion iştirak edib.
Nuray