
-
- 4-04-2025, 21:00
- 471
Səkkiz yaşlı uşaq dostunu parçaladı
Hindistanda uşaqlar arasında oyun faciə ilə bitib: bir uşaq digərini elə dişləyib ki, ikincisi sağ qalmayıb. Hadisə Uttar Pradeş ştatında baş verib.
News24.az xəbər verir ki, on yaşlı uşağın valideynləri fermada olarkən, uşağın səkkiz yaşlı qonşusu ziyarətə gəlib. Əvvəlcə uşaqlar dinc oynasalar da, sonradan münaqişə yaranıb. İddialara görə, səkkiz yaşlı qonaq dostuna o qədər əsəbiləşib ki, qaçmazdan əvvəl ona hücum edib və bərk dişləyib. Onun qışqırtılarını eşidən qonşular uşağın yanına çatanda görüblər ki, körpə huşunu itirib. Uşağı ən yaxın xəstəxanaya aparıblar. Həkimlər uşağı çox qan itirdiyindən xilas edə bilməyiblər.
Qeyd edək ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Hücum edən oğlan psixiatrik müayinəsinə göndərilib.
Nuray