Həbsxanada şok olay: Məhbus onu ziyarətə gələn arvadını qətlə yetirdi
    • 5-04-2025, 06:00
    • 1 146

Həbsxanada şok olay: Məhbus onu ziyarətə gələn arvadını qətlə yetirdi

Almaniya həbsxanasında məhbus onu ziyarətə gələn arvadını öldürüb.

News24.az Publika.az-a istinadən xəbər verir ki, 35 yaşlı qadın ərini ziyarət etdikdən sonra həbsxananın görüş otağında ölü tapılıb. Arvadını öldürdüyü iddiası ilə məhbus barəsində araşdırma başladılıb.

Qeyd olunub ki, Maqdeburq yaxınlığında yerləşən Burq həbsxanasında şəxsi otaqlarda keçirilən görüşlər zamanı audio və video müşahidə nəzarəti yoxdur.

Qadının meyitinin yarılmaq üçün məhkəmə tibb müəssisəsinə aparıldığı bildirilib.