14 milyon kölə, 94 övladı olan ailə, 6 fəsil – Qəribəliklərlə dolu ölkə - MARAQLI FAKTLAR
    • 6-08-2019, 13:11
    • 2 073

14 milyon kölə, 94 övladı olan ailə, 6 fəsil – Qəribəliklərlə dolu ölkə - MARAQLI FAKTLAR

“Hindistanda 2 milyon Allah var və onların hər birinə ibadət olunur. Din baxımından başqa ölkələr kasıb, Hindistan isə milyonçudur” – Mark Tven

News24.az bu dəfə əsrarəngiz, varlı həm də kasıb Hindistan haqda məlumatı təqdim edir:

Dünyanın ən böyük ailəsi Hindistanda yaşayır. Bu ailədə kişinin 39 həyat yoldaşı və 94 övladı var.


Dünyada olan ədviyyatların 70 faizi ilk dəfə məhz Hindistanda becərilib.

Hindistan qulların sayına görə də dünya ölkələri arasında birinci yerdədir. Burada 14 milyon kölə var.


“Big mak” menyu yemək üçün hindistanlının 6 saat işləməsi lazımdır.

Dünya qızıl ehtiyatının 11 faizi Hindistanda yaşayan evdar xanımlardadır. Bu, ABŞ, Almaniya və İsveçrənin qızıl ehtiyatından çoxdur.

Burada boşanmaların sayı da minimumdur. Gənclərin 74 faizi razılaşdırılmış yol ilə ailə qurur. Buna görə də 100 qurulan ailədən cəmi 1-i boşanma ilə nəticələnir.

Hindistan təqvimində 6 fəsil mövcuddur. Yaz, yay, yağış mövsümü, payız, qış, və erkən yaz.

Hindistanda il ərzində 1000 dən çox film çəkilir.

Şampun ilk dəfə elə Hindistanda kəşf olunub. Sanskrit dilindən tərcümədə masaj etmək mənasnı verir.