Türkan Şoray Ərdoğana QARŞI ÇIXDI
    • 5-04-2025, 17:00
    • 479

Türkan Şoray Ərdoğana QARŞI ÇIXDI

Türkiyənin məşhur aktrisası Türkan Şoray İstanbul böyük şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi ilə əlaqədar keçirilən etiraz aksiyalarında tutulan gəncləri dəstəkləyib.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, 80 yaşlı Türkan Şoray gənclərin aksiyalara qatılmaqla öz demokratik hüquqlarından istifadə etdiklərini söyləyib. O, boykot aksiyasına dəstək verən gənc aktyor və aktrisaları da dəstəkləyib:

“Sənətçi sual verər, sorğulayar. Hər şeyi tənqid etmək və daha yaxşısını istəmək onların təbiətində var – ölkələrini aydınlıq bir gələcəyə daşımaq üçün məsuliyyət götürərlər, topluma ayna tutarlar.

Əslində hammız eyni şeyi istəyirik: daha gözəl, daha yaşanılası bir vətən. Bunun üçün düşüncə və ifadə azadlığı olmazsa olmazımızdır. Demokratik bir ölkə bizim vazkeçilməzimizdir”.