Təyyarə yerə çırpıldı
    • 6-04-2025, 08:00
    • 367

Təyyarə yerə çırpıldı

Bursanın Osmanqazi rayonunda təyyarə qəzası baş verib.

News24.az bildirir ki, hadisə Yunuseli hava limanında yaşanıb. Qəza zamanı təyyarənin pilotu və sərnişini xəsarət alıb. Bildirək ki, şəxsi uçuş məktəbinə məxsus təyyarənin pərvanəsi eniş zamanı uçuş-enmə zolağına çırpılıb və yerə möhkəm enib.

Qəzada pilot Erkan Hoş və sərnişin yaralanıb. Hadisə yerinə sövq edilən sağlamlıq qrupları yaralıları Çekirge Dövlət Xəstəxanasına köçürüb. Müalicə olunan yaralıların vəziyyətinin yaxşı olduğu qeyd olunub.

Səma