
-
- 6-04-2025, 02:32
- 12 398
Bir aydır kəndi dəhşətə gətirən quş tutuldu
İngiltərədə kəndlilərə qarşı 50 hücumda "günahkar bilinən" şahin tutulub.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
Məlumata görə, Hartfordşirin şimal-qərbindəki Flamsted kəndində bir aydır kəndliləri dəhşətə gətirən şahin nəhayət ələ keçirilib.
Kənd sakini Stiv Harris aprelin 3-də yırtıcı quşu təqib etdikdən sonra onu tutmağı bacarıb. Son bir neçə həftədir ki, yerli sakinləri narahat edən şahindən ehtiyatlanan 40 yaşlı Harris özü də yalnız motosiklet dəbilqəsi taxdıqdan sonra çölə çıxırmış.
Məlumata görə, şahin 1 ay ərzində insanlara ən azı 50 dəfə hücum edib. Qurbanlardan birinin xəstəxanada müalicə alması lazım gəlib.