Rusiya və Ukrayna arasında şiddətli döyüşlər başladı
    • 5-04-2025, 12:30
    • 1 727

Rusiya və Ukrayna arasında şiddətli döyüşlər başladı

Kursk vilayətinin Oleşnya kəndinin kənarında Rusiya Silahlı Qüvvələrinin döyüşçüləri ilə Ukrayna Silahlı Qüvvələri arasında şiddətli döyüşlər gedir.

Publika.az xəbər verir ki, bu barədə TASS-a Rusiya təhlükəsizlik orqanları məlumat verib.

"Oleşnya" fermasının kənarında şiddətli döyüşlər gedir.

"Düşmən zirehli texnikadan fəal istifadə edir", - agentliyin mənbəsi bildirib.

Onun sözlərinə görə, hücum qrupları düşməni qəsəbədən sıxışdırıb çıxarır, pilotsuz uçuş aparatlarının operatorları və artilleriyaçılar isə düşmənin döyüş maşınlarını yandırır.