
-
- 6-04-2025, 03:55
- 625
Həbsxanada şok olay: Məhbus onu ziyarətə gələn arvadını QƏTLƏ YETİRDİ
Almaniya həbsxanasında məhbus onu ziyarətə gələn arvadını öldürüb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə alman mediası Stendal Respublika Prokurorluğuna istinadən məlumat yayıb.
Bildirilib ki, 35 yaşlı qadın ərini ziyarət etdikdən sonra həbsxananın görüş otağında ölü tapılıb. Arvadını öldürdüyü iddiası ilə məhbus barəsində araşdırma başladılıb.
Qeyd olunub ki, Maqdeburq yaxınlığında yerləşən Burq həbsxanasında şəxsi otaqlarda keçirilən görüşlər zamanı audio və video müşahidə nəzarəti yoxdur.
Qadının meyitinin yarılmaq üçün məhkəmə tibb müəssisəsinə aparıldığı bildirilib.