14 yaşlı uşaq atasını ÖLDÜRDÜ
    • 6-04-2025, 11:21
    • 613

14 yaşlı uşaq atasını ÖLDÜRDÜ

Anasını döyən atasını öldürdü. 

News24.az sherg.az-a istinadla xəbər verir ki, Balıkəsirdə ailə davası qanla bitdi. İddiaya görə, dünən saat 21:00 radələrində Dursunbəy rayonu İstasyon məhəlləsində M.Ç. (38) arvadı N.Ç.-yə (37) evdə şiddət tətbiq edib..

Məlumata görə, hadisə zamanı övladı R.E.Ç. (14), anasını qorumaq üçün atası M.Ç.-nin kürəyindən çörək bıçağı ilə bıçaqlayıb.

Bu zaman qızı C.Ç. (16)  davanı sakitləşdirməyə çalışıb. Ayağından yüngül xəsarət alıb.

Ata və qızı 112 Təcili Xidmət qrupları tərəfindən Dursunbəy Dövlət Xəstəxanasına çatdırılıb.

Ata M.C.ni  xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. R.E.C. saxlanılıb.