Vergi idarəsinin binasının damı UÇDU
    • 6-04-2025, 09:12
    • 324

Vergi idarəsinin binasının damı UÇDU

Krasnoyarsk diyarının Kansk şəhərində güclü külək binanın damını uçurub.

News24.az bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Krasnoyarsk diyarı üzrə Baş İdarəsi bildirib. Güclü külək nəticəsində Krasnoyarskın Jeleznodorojnı rayonunda pavilyon uçub, bir nəfər dağıntılar altında qalıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Polis hadisənin başvermə şəraitini araşdırır.

Bundan başqa, Krasnoyarskda qadını külək 3-cü mərtəbənin eyvanından uçurub . Hadisə zamanı qadın faciəvi şəkildə həyatını itirib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, çətin hava şəraiti ilə əlaqədar vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə rayonda polis əməkdaşları gücləndirilmiş iş rejiminə keçib.

Səma