
-
- 6-04-2025, 12:09
- 483
Pivə içməyin faydaları və zərərləri
İlin bu vaxtı küçələrdəki kafelər, bar masaları və dost məclisləri daha da canlanır. Yaz öz isti nəfəsini şəhərə üfürdükcə, insanlar sərinləmək və istirahət etmək üçün bir stəkana üz tuturlar. Bəli, söhbət pivədən gedir. Uzun qış aylarından sonra ilk açılan pivə qutusu bir növ yazın rəsmi elanına çevrilir. Amma bəs bu “sərinləşdirici dost” əslində sağlamlığımız üçün nə qədər faydalı və ya zərərlidir? Günün sonunda bir butulka pivə bədənimizə nə edir? Pivə qədim zamanlardan bu yana insanlar tərəfindən istehlak edilən alkoqollu içkilərdən biridir və tərkibindəki bəzi maddələr orqanizm üçün müəyyən faydalar daşıya bilər.
News24.az pivənin faydalı və zərərli tərəflərini təqdim edir:
Antioksidantlar
Xüsusilə tünd pivələrdə olan antioksidantlar hüceyrələri qoruyur və bədənin yaşlanma prosesini yavaşlada bilər.
B vitamini və minerallar
Pivə mayası B qrupu vitaminləri, xüsusən də B12, fol turşusu və niasinlə zəngindir. Eyni zamanda, maqnezium və kalium kimi minerallar da orqanizm üçün faydalıdır.
Sümük sağlamlığı
Bəzi tədqiqatlar göstərir ki, pivədəki silisium maddəsi sümükləri gücləndirə bilər.
Xolesterin balansı
Aşağı miqdarda pivə istehlakı “yaxşı” xolesterin (HDL) səviyyəsini artıra bilər.
Amma hər gözəl şeyin bir sərhədi olduğu kimi, pivənin də həddi aşanda zərərləri qaçılmaz olur. Və təəssüf ki, bir çox insan bu sərhədi tanımır.
Pivə qarını
Adı dillərdə əzbər olan “pivə qarını” həqiqətdir. Pivədəki yüksək kalorili tərkib və şəkərli maddələr bədəndə yağ toplanmasına səbəb olur.
Qaraciyər problemi
Davamlı alkoqol istifadəsi qaraciyərin yağlanmasına və zamanla siroz kimi ciddi xəstəliklərə yol aça bilər.
Yuxu və psixoloji təsirlər
Pivə bəzən sakitləşdirici təsir göstərsə də, uzunmüddətli istifadədə yuxu rejimini pozur və depressiyaya səbəb ola bilər.
Asılılıq riski
Nə qədər zərərsiz görünsə də, alkoqol asılılığına aparan yol bəzən məhz bu “bir stəkan pivə” ilə başlayır./yenisabah