Kütləvi məzarlıq aşkar edildi - I əsrə aid olduğu güman edilir
    • 6-04-2025, 13:00
    • 604

Kütləvi məzarlıq aşkar edildi - I əsrə aid olduğu güman edilir

Avstriyanın paytaxtı Vyanada futbol meydançasında aparılan təmir işləri zamanı kütləvi məzarlıq aşkar edilib.

News24.az manset.az-a istinadla xəbər verir ki, kütləvi məzarlığın I əsrə aid olduğu güman edilir. 

Bildirilib ki, məzardakı skelet qalıqları german tayfalarının iştirak etdiyi münaqişədə həyatını itirən Roma döyüşçülərinə aid ola bilər. Vyana muzeyinin mütəxəssisləri bu kəşfi “hərbi kontekstdə fəlakətli hadisə” kimi qiymətləndiriblər. Qazıntıya rəhbərlik edən Michaela Binder qeyd edib ki, bu kəşf Roma tarixindəki oxşar tapıntılarla müqayisədə unikaldır.