Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilir
    • 6-08-2019, 17:02
    • 572

Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilir

Boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək istəyən və ixtisas seçiminə buraxılmış namizədlər Dövlət İmtahan Mərkəzinə (DİM) müraciət edə bilərlər.

DİM-dən News24.az-a verilən məlumata görə, 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul olanların qeydiyyatı başa çatmışdır. Boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək istəyən və ixtisas seçiminə buraxılmış namizədlər 7 və 8 avqust 2019-cu il tarixlərində saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən DİM-ə (ünvan: Bakı şəhəri, A. Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.