
-
- 5-04-2025, 23:46
- 529
Neft şirkətində hadisə: fəhlənin barmaqları kəsildi
Salyanda fəhlə iş zamanı ağır xəsarət alıb.
News24.az Lent.az-a istinadən xəbər verir ki, hadisə “Salyan OİL LTD” şirkətində baş verib.
Burada fəhlə işləyən Kolanı kənd sakini 31 yaşlı B.Babayevin sağ əli dəmir boru bağlayan aparatın arasında qalıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib və onun 2 barmağı amputasiya edilib.
Araşdırma aparılır.