
-
- 6-04-2025, 10:52
- 416
Türkiyədə atışma: ölən və yaralananlar var
Türkiyənin Sakarya vilayətində silahlı insident baş verib.
News24.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, silahlı insident iki qonşu arasında başlayan mübahisə nəticəsində yaranıb. Tərəflər bir-birinə atəş açmağa başlayıblar. Nəticədə 3 nəfər hadisə yerində ölüb. İki nəfər isə xəstəxanaya çatdırılsa da, həyatlarını xilas etmək mümkün olmayıb. Atışma nəticəsində daha 5 nəfər də yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım xidməti cəlb olunub.
Atışmada iştirak edən daha 4 nəfər də polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.