
-
- 6-04-2025, 16:57
- 26 891
“Min bir gecə”nin aktyoru VƏFAT ETDİ
Türkiyənin tanınmış aktyoru Əhməd Levendoğlu 80 yaşında vəfat edib.
News24.az Kult.az-a istinadla xəbər verir ki, bu barədə onun sənət dostu Yıldırım Şahinlər məlumat yayıb.
Aktyorun hansı səbəbdən öldüyü bəlli deyil. O, aprelin 8-də dəfn olunacaq.
Qeyd edək ki, A.Levendoğlu “Min bir gecə”, “Kiçik qadınlar”, “Qara çörək” kimi teleseriallarda rol alıb.
