
-
- 6-04-2025, 18:24
- 991
Məşhur aktrisa yanğında HƏLAK OLDU - FOTO
Sovet aktrisası Lyudmila Suvorkina 74 yaşında Moskvada yanğın zamanı dünyasını dəyişib.
News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə mk.ru məlumat yayıb.
Aktrisasnın cəsədi aprelin 5-i axşam saatlarında Lesnaya küçəsindəki şəxsi mənzilində tapılıb.
Aktrisanın qonşuları onun tək yaşadığını bildiriblər. Onların sözlərinə görə, onun evində yanğın axşam saat 22:00 radələrində başlayıb. Sənətçinin üç otaqlı mənzilində baş verən yanğının sahəsi təxminən 20 kvadratmetr olub, lakin o, xilas ola bilməyib.
