Metro durdu - taksilər qiyməti qaldırdı
    • 4-07-2018, 14:15
    • 1 213

Metro durdu - taksilər qiyməti qaldırdı

Dünən axşam saatlarında elektrik enerjisində yaranan durqunluq və metrostansiyalarda qatarların hərəkətsiz qalması taksi xidmətləri üçün “əlverilişli” olub. Metro işini dayandırdı, lakin taksi xidmətləri qiymətləri sabit dayandırmadı.


Belə ki, xidmət taksilərindən istifadə edən insanlar taksi xidmətlərinin bir çoxunun yaranan vəziyyətdən sui -istifadə etdiklərini qeyd edirlər. 


News24.az- şikayətlə müraciət edən Bakı sakininin sözlərinə görə,  telefonla taksi sifarişi verib və sürücü ondan “Nefçilər metrosundan, “Koroğlu” metrosuna qədər 6 manat 80 qəpik pul tələb edib. Halbuki vətəndaş həmin yolu hər zaman 3 manata gedib”.


Məsələni araşdırmaq üçün özümüz taksilərin qiymətlərini öyrənmək istədik. Müxtəlif taksi xidmətləri ilə əlaqə saxladıq. Xidmət mərkəzindən biri “Neftçilər”metrostansiyasından, “Koroğlu”metrostansiyasına qədər olan məsafə üçün gediş haqqının 5 manat, bir başqa xidmət mərkəzi isə, 3 manat 80 qəpik olacağını bildirdi. Bir çox taksi xidmətləri ilə əlaqə yaratmaq mümkün olmadı.

Ümumiyyətlə son iki gün ərzində bir çox ucuz taksi xidmətlərinə zəng vursaq da əlaqə saxlaya bilmədik.

Elvin Nüsrətoğlu