Bakıda yarıçılpaq şəxs SAXLANILDI
    • 6-04-2025, 21:54
    • 915

Bakıda yarıçılpaq şəxs SAXLANILDI


Bu gün günorta saatlarında sosial şəbəkədə paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində bir şəxsin yarıçılpaq və anlaqsız vəziyyətdə qeyri-adekvat hərəkət etməsini əks etdirən videogörüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən  bildirilib ki, həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq sağlamlıq vəziyyəti nəzərə alınmaqla aidiyyəti üzrə ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsinin təmin olunması üçün tədbirlər görülür.