Alça və çiyələyin qiyməti əl yandırır
    • 6-04-2025, 23:39
    • 701

Alça və çiyələyin qiyməti əl yandırır


Mövsümündən tez yetişən meyvələr artıq piştaxtaları bəzəməyə başlayıb.

Qiymətlər isə olduqca yüksəkdir. Belə ki, hazırda göyçə alçasının kiloqramı 80 manat təşkil edir.

News24.az xəbər verir ki, Şəmkir çiyələyinin kiloqramı 15, əriyin kiloqramı isə 25 manatdır.

Alıcıların əksəriyyəti qiymətlərin yüksək olduğunu və bəzi meyvələrin mövsümə uyğun olmadığını bildiriblər.