Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
    • 7-04-2025, 02:30
    • 10 754

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI


“Hazırda Bakıda və Abşeron yarımadasında 20, Aran rayonlarında 27, Naxçıvanda 21 dərəcə isti müşahidə olunur. Ölkə ərazisinin bəzi yerlərində isə şimal-qərb küləyi güclənib.

Aprelin 7 və 8-də paytaxtda hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 19-24 dərəcə olacaq”.

Bunu Musavat.com-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunacaq:

“Aprelin 7-si və 8-i günorta saatlarında bəzi şimal-qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Aran rayonlarında havanın maksimal temperaturu 22-27, dağlıq ərazilərdə isə 13-18 dərəcə olacaq.

Növbəti günlərlə bağlı proqnozumuz isə sabah açıqlanacaq”.