Kokos şirəsi içən kişi ÖLDÜ
    • 7-04-2025, 19:12
    • 425

Kokos şirəsi içən kişi ÖLDÜ

Danimarkanın Orhus şəhərindən olan 69 yaşlı kiş xarab kokos şirəsini dadına baxaraq ölüb.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, o, kokos meyvəsini alıb və bir ay stolun üstündə saxlayıb.

Daha sonra kişi, kokosu samanla deşib və xoşagəlməz dadı olan mayedən az miqdarda içib. Danimarkalı arvadına kokosun çürük göründüyünü və içərisində lil olduğunu deyib və meyvəni atıb.

Üç saatdan sonra təqaüdçü ürəkbulanma və qusma tutmağa başlayıb. Kişi xəstəxanaya yerləşdirilib. Məlum olub ki, danimarkalıda beyin ödemi yaranıb və o ölüb.