
-
- 7-04-2025, 12:04
- 333
Sabiq baş naziri dəvəquşu dişlədi - ANBAAN VİDEO
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson ailəsi ilə birlikdə safari parkına səfəri zamanı gözlənilməz hadisə ilə üzləşib.
News24.az xəbər verir ki, Conson avtomobilinin pəncərəsindən dəvəquşu yedizdirmək istəyərkən qəfildən heyvan onu dişləyib.
Həyat yoldaşı Kerri Consonun lentə aldığı və sosial mediada paylaşdığı videoda Boris Consonun dəvəquşu yaxınlaşdıqca əsəbiləşdiyi görünür. Onların dörd yaşlı oğlu Uilfred isə atasını quşu yemləməyə təşviq edərkən dəvəquşu qəflətən maşının açıq pəncərəsindən uzanıb Consonun əlini dişləyir.
Həmin anları təqdim edirik:
Günel Məlikzadə