
-
- 7-04-2025, 13:45
- 325
Bakıda sərnişin avtobusu hasara çırpıldı - VİDEO
Bakıda 197 nömrəli sərnişin avtobusu qəzaya uğrayıb.
Teleqraf-ın xəbərinə görə, hadisə Suraxanı rayonu ərazisində baş verib.
Hərəkətdə olan avtobus hasara çırpılıb. Nəticədə hasarın bir hissəsi uçub. Nəqliyyat vasitəsi isə əzilib.
Faktla bağlı araşdırma aparılır.