Amerikalı müğənni Pinkin şəxsi təyyarəsi yanıb.

Norveçdən Danimarkaya uçan “Cessna 560XL” model təyyarə Şərqi Yutlan Metropol bölgəsindəki “Aarhus” hava limanına eniş zamanı alovlanıb.
Təyyarədə müğənni, onun meneceri və komandası olub. Hava limanından verilən açıqlamada hadisə zamanın yaralanan olmadığı bildirilib.
Qeyd edək ki, Pink bu həftə Danimarkanın Horsens şəhərində konsert verəcək. /Publika.az

loading...
Teglər: Amerika məşhur müğənni Pink şəxsi təyyarə Norveç Danimarka “Cessna 560XL” “Aarhus” hava limanı yanğın