
-
- 7-04-2025, 21:48
- 355
Nəvə təsadüfən babasının külünü YEDİ
Britaniyanın Linkoln şəhərində 1 yaşlı nəvə təsadüfən ölən babasının külünü yeyib.
News24.az xəbər verir ki, bu barədə uşağın anası Nataşa Emeni TikTok-da danışıb.
Onun sözlərinə görə, uşaq bir-iki dəqiqə qonaq otağında tək qalıb. Qayıdanda otağın hər tərəfinə səpələnmiş boz toz görüb. Divanı, döşəməni, oyuncaqları və körpənin özü toz idi. Qadın daha sonra şkafın üzərində atasının külünün olduğu açıq qabı görüb.
Yalnız bundan sonra oğlunun da ağzında toz olduğunu hiss edib və onun onu yediyini anlayıb. Emeni övladının yaxşı olduğunu qeyd edib, çünki onun qabın içində kilərin çoxunu udmağa vaxtı olmayıb./Medianews.az