
-
- 7-04-2025, 14:59
- 298
Arıqlama əməliyyatından sonra qadın İFLİC OLDU
Türkiyədə arıqlama əməliyyatından sonra britaniyalı qadın iflic olub.
News24.az xəbər verir ki, 42 yaşlı britaniyalı Daniela Peebles Türkiyədə arıqlama əməliyyatından sonra ağır nəticələrlə üzləşib. Beş uşaq anası bu prosedura görə təxminən 3000 funt sterlinq ödəyərək, qollu qastrektomiya keçirmək qərarına gəlib.
Əvvəlcə, prosedurdan sonra hər şey yaxşı görünürdü, lakin evə qayıtdıqdan qısa müddət sonra qadının səhhətində ciddi problemlər yaranmağa başlayıb. Həkimlər əvvəlcə onun vəziyyətini susuzluğa aid ediblər. Danielanın vəziyyəti daha da pisləşib və boynundan aşağı hissələri iflic olub.
Qeyd edək ki, həkimlərin zəhməti və dəstəyi sayəsində qadının vəziyyəti yaxşılaşıb. Qadın artıq təkbaşına hərəkət edə bilir. O, normal həyata qayıtmasını möcüzə adlandırıb.
Nuray